“Neftçi”nin bəyənmədiyi futbolçunun “kitabı bağlandı”
05.02.2009 - 11:43
“Neftçi”nin bəyənmədiyi futbolçunun “kitabı bağlandı”
Bir müddət əvvəl Bakının “Neftçi” klubunun baxışa çağırıb bəyənmədiyi Oleq Straxanoviç çətin vəziyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, bakılıların düşərgəsinə gələnədək Belarusun “MTZ-RİPO” komandasında çıxış edən futbolçu Minsk təmsilçisinin xeyir-duası olmadan klubdan ayrılıb. İndi baxışda bəyənilməyən 30 yaşlı yarımmüdafiəçinin geriyə qayıtmaq yolu qalmayıb. Belə ki, həmyerlimiz Elmar Xeyirovun da çıxış etdiyi “MTZ-RİPO”nun baş məşqçisi Yuri Puntus Belarus mətbuatına verdiyi müsahibədə Straxanoviçi bir daha komandaya götürməyəcəklərini bildirib. Onun sözlərinə görə, həm Straxanoviç, həm də Vyaçeslav Qlebin yenidən komandaya qayıtması mümkün deyil.
0