AFFA nümayəndəsini yenə Moskvaya göndərir
05.02.2009 - 12:07
AFFA nümayəndəsini yenə Moskvaya göndərir
Martın 28-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya - Azərbaycan oyununun təşkilati işləri ilə bağlı AFFA nümayəndəsi yenə Moskvaya ezam olunacaq. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Onun bildirdiyinə görə, assosiasiya rəhbərliyi yaxın günlərdə yığmanın baş inzibatçısı İslam Abbasovu Rusiya paytaxtına göndərəcək. Abbasov Moskvada milli komandamızın qarşıdakı oyun zamanı məskunlaşması üçün otel seçəcək. O, bir müddət öncə də Moskvada olub. Həmin vaxt 3 oteli bəyənən baş inzibatçı bu dəfəki səfərində bunlardan birini seçəcək və futbolçularımız Rusiyaya yollanarkən orada məskunlaşacaqlar.

Qeyd edək ki, yığmamızın Rusiya ilə qarşılaşması martın 28-də “Lujniki” stadionunda oynanılacaq.
0