Rəşad Sadıqov “Sivasspor”a qarşı oynayacaq, yoxsa yox?
05.02.2009 - 12:27
Rəşad Sadıqov “Sivasspor”a qarşı oynayacaq, yoxsa yox?
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun Türkiyə Superliqasının “Sivasspor” - “Kocaelispor” matçında iştirakı hələ də sual altındadır. Apasport.az saytının məlumatına görə, ötən tur dodağından zədələnən 27 yaşlı futbolçunun bel ağrıları da sonradan özünü büruzə verməyə başlamışdı. Bu səbəbdən Rəşad son məşqlərə qatılmasa da, “Kocaelispor” rəhbərliyi müdafiəçiyə ümid edir. Belə ki, artıq onun “Sivasspor”la görüşə aparılacağı haqda qərar verilib. Baş məşqçi Sərhan Altın durumuna bu gün aydınlıq gələcək digər iki oyunçudan – Sərdar Toprakdərə və Murat Hacıoğludan fərqli, Sadıqovun meydana çıxacağına bel bağlayır. Bu səbəbdən müdafiəçimiz bu gün Sivas şəhərinə yollanacaq heyətdə yer alıb. Lakin onun meydana çıxması oyun saatlarında məlum olacaq.
0