Şenes Erzik Azərbaycanda ilk futbol akademiyasının açılışına gəlir
05.02.2009 - 12:57
AFFA-nın həyətində inşa olunan futbol akademiyasının rəsmi açılış mərasimi fevralın 23-də olacaq. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, tədbirə bir sıra qonaqlar dəvət olunublar.
Açılış mərasimində FİFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın vitse-prezidenti Şenes Erzik də iştirak edəcək. Artıq akademiyanın tikintisində son tamamlanma işləri aparılır. Azərbaycanın ilk futbol akademiyasında 30 nəfərin təhsil alması nəzərdə tutulub.

0
0