Manfred Zak: Azərbaycan yığması “dişimizə” görədir
05.02.2009 - 17:06
“Qrupumuzda yer alan komandalar - Belarus, Şotlandiya, Albaniya və Azərbaycan hamısı “dişimizə” görədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın 21 yaşlılardan ibarət yığmasının baş məşqçisi Manfred Zak deyib.
2011-ci il Danimarkada keçiriləcək 21 yaşlılar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan avstriyalıların çalışdırıcısı ölkə mətbuatına açıqlamasında püşkatmanın nəticəsini uğurlu adlandırıb: “Təbii ki, Belarus yığması qrupun əsas favoriti sayılır. Təsadüfi deyil ki, bu rəqib yayda İsveçdə təşkil olunacaq qitə birinciliyinin final mərhələsinə yüksəlib. Şotlandiya isə bizimlə müqayisə oluna bilər. Təbii ki, belə qrupda məqsədimiz qələbə qazanmaq, sonra isə final mərhələsinə yüksəlməkdir”.
Qeyd edək ki, seçmə mərhələnin qrup qalibləri və ikinci yerlərə malik 4 ən yaxşı komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Danimarkada təşkil olunacaq final mərhələsinə isə pley-offun 7 qalibi çıxacaq.

- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var
0
0