“İnter”in futbolçusu maşın qaçırıb
05.02.2009 - 17:29
“İnter”in futbolçusu maşın qaçırıb
Ukraynada oynayan legionerlər bu ölkə mətbuatının diqqətindən yayınmır. Apasport.az saytının məlumatına görə, ötən ilin ortasında Azərbaycana gələn belaruslu yarımmüdafiəçi Valentin Belkeviçlə gürcüstanlı hücumçu Georgi Demetradze də yazıların subyektinə çevrilir.

Vaxtilə Kiyev “Dinamo”sunda çıxış edən bu futbolçulardan 36 yaşlı Belkeviç ilk dövrədə Bakının “İnter”, 33 yaşlı Demetradze “Bakı” klubunda forma geyinib. Ukraynalı həmkarlarımızın fikrincə, “Dinamo”nun heyətində 7 dəfə ölkə çempionu Valentin yumor hissi olan futbolçulardandır. O, komanda yoldaşları ilə bir dəfə əlbir olub, masajçının maşınını dayanacaqdan meşəyə qaçırıb.

Belkeviç və onun komanda yoldaşları sonradan da bu şəxslə məzələnib. Belə ki, masajçıya dollara oxşayan bükülü kağızı sırıyan Valentin onun bazardan necə şığıyıb qaçmasının şahidi olub və buna gülüb. Belkeviçin “Dinamo”da karyerasının sonuna yaxın gənc həmkarı Aleksandr Əliyev onunla zarafatlaşıb. Belə ki, 25 yaşlı soydaşımız Belkeviçə avtoritet kimi hökmlə bunu deyib: “Formanı soyun, axı nə qədər 8 nömrəni daşıyacaqsan, onu mənə ver”. Əliyev hazırda “Dinamo”da “8 nömrə”li formanı daşıyırsa, Belkeviç “İnter”də də eyni nömrəyə sahib çıxıb.

Demetradzeyə gəlincə, bu istedadlı hücumçunun “Dinamo”da ümidləri doğrultmadığı qeyd olunub: “Onun Ukrayna paytaxtına gəlişini hamı “ura” sədaları ilə qarşıladı. Ancaq özünəməxsus forvard komandada öz potensialını elə də tam şəkildə reallaşdıra bilmədi. “Dinamo”nu onu İspaniyanın “Real Sosyedad” çox uğurlu satdı”.

Qeyd edək ki, Georgi “Bakı”da qaldığı halda, “İnter”lə müqaviləsini pozan Valentin futbolçu karyerasını başa vurmağı qərara alıb.
0