“Bakı” Batista haqda son qərarı verdi
05.02.2009 - 18:09
“Bakı” baxışa çağırdığı Roşa Batistanı heyətində saxlayacaq. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Onun bildirdiyinə görə, 29 yaşlı braziliyalı hücumçunu “Xarkov” klubundan icarəyə götürmək istəyirlər: “Batista cari mövsümün, yəni mayın sonuna qədər icarə əsasında oynayacaq. O, yoxlama görüşlərində yaxşı təsir bağışlayıb. Baş məşqçi Qyoko Hacıyevski də Batistanı bəyənib və onun transferini istəyir”.
Məmmədov vurğulayıb ki, yaxşı fiziki göstəricilərə malik Roşaya böyük ümid bəsləyirlər: “Onu ilkin olaraq icarəyə götürmək bizə maddi baxımdan da sərfəlidir. Hər şey yaxşı olarsa, Batista növbəti mövsümdə də komandamızda qala bilər. Futbolçu “Xarkov”la müqavilə məsələsini özü həll etməlidir”.
Qeyd edək ki, Batista cari mövsümdə 9 oyuna 2, ümumilikdə isə Ukrayna çempionatında 53 görüşdə 17 qol vurub.

- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var
0
0