Füzuli Məmmədov Gürcüstana yollanır
05.02.2009 - 18:50
Füzuli Məmmədov Gürcüstana yollanır
“Xəzər-Lənkəran”ın transferə çıxardığı Füzuli Məmmədov karyerasını Zaqatalanın “Simurq” klubunda davam etdirəcək. Bu haqda apasport.az saytına futbolçu özü məlumat verib. Onun sözlərinə görə, “Simurq”a keçidi bu gün rəsmiləşib: “Bu gün danışıqlar aparıb, müqavilə imzaladım. Anlaşma cari mövsümün sonuna qədər nəzərdə tutulub. “Qəbələ”yə keçidim alınmadıqdan sonra “Karvan” və “Standard” variantları real idi. “Karvan”ın baş məşqçisi Yunis Hüseynova böyük hörmətim var və onun komandasında oynamaq istərdim. Bu gecə Türkiyədən qayıdan “Karvan”ın baş məşqçisi gözləməyi məsləhət görmüşdü. Ancaq “Simurq”la danışığımız baş tutdu və müqaviləyə qol çəkdim. Komandanın ukraynalı baş məşqçisi Roman Pokoraya sağ cinah müdafiəçisi lazım imiş və o, məni transfer etməyi istəyib. Artıq yır-yığış etmişəm və axşam saatlarında Gürcüstana yollanacağam. Yeni komanda hələ bir həftə də orada hazırlıq keçəcək”.
0