“Fənərbaxça” səfərdə rəqibinə “toy tutdu”
06.02.2009 - 00:32
“Fənərbaxça” səfərdə rəqibinə “toy tutdu”
Türkiyə kuboku uğrunda yarışın sonuncu yarımfinalçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” 1/4 final mərhələsi çərçivəsində “Bursaspor”u turnirdən kənarlaşdırıb.

Bir həftə öncə “Bursaspor”a minimal hesabla qalib gələn Luis Araqonesin yetirmələri cavab matçında da qalib gəliblər - 3:1. İstanbul klubu hələ ilk hissədə 3 dəfə fərqlənib. Aleks de Souza 23-cü və 25-ci, Daniel Quiza isə 41-ci dəqiqədə qol vurub. “Bursaspor” yalnız oyunun sonlarına yaxın buraxılan toplardan birinin əvəzini çıxa bilib.

Beləliklə, ölkə kubokunun yarımfinalında “Fənərbaxça”, “Sivasspor”, “Beşiktaş” və “Ankaraspor” komandaları mübarizə aparacaqlar.