Azərbaycanla oyuna hazırlaşan futbolçunun evini qarət etdilər
06.02.2009 - 10:52
2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqibimiz olan Rusiya yığmasının futbolçusu qarət olunub. Apasport.az saytının məlumatına görə, “Zenit” klubunun şərəfini qoruyan Roman Şirokovun Moskva ətrafının İstr şəhərindəki evini soyublar. Hazırda milli komanda ilə birgə Antalyada Azərbaycanla martın 28-də Moskvada keçiriləcək oyuna hazırlaşan müdafiəçinin evindən iki milyon rubl (44 min manat) aparan cinayətkarlar, bəzi zinət əşyaları, həmçinin idmanda qazanılan mükafatları da ələ keçiriblər. Futbolçu və hüquq-mühafizə orqanları tərəfindən hələ ki, bu fakt təsdiqlənmir. Bəzi mənbələr Şirokovun İstr deyil, Dedovskdakı evinin soyulduğunu iddia edir. Faktla bağlı istintaq başlayıb.
- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0