Bundesliqanın ən zövqlü futbolçuları - FOTOSESSİYA
06.02.2009 - 12:49
Bundesliqanın ən zövqlü futbolçuları - FOTOSESSİYA
Almaniyanın məşhur “Bild” qəzeti Bundesliqanın “Top-10”unu tərtib edib. Apasport.az saytının məlumatına görə, həmkarlarımız bu dəfə futbolçuların xanımlarının gözəlliyini nəzərə alıb.

“Karlsrue”nin xorvat futbolçusu Dino Drpiç Nives Selsiusun cazibəsi sayəsində birinci olub. Almaniya milli komandasının heyətində Azərbaycana qarşı oynayacaq “Bavariya”nın yarımmüdafiəçisi Bastian Şvaynştayger (Sara Brandner) Drpiçdən geri qalıb. Siyahıda üçüncü olan argentinalı yarımmüdafiəçisi Martin Demişelis isə Evangelista Andersonun gözəlliyi ilə öyünə bilər.

“Top-10”da növbəti yerləri “Verder”in qapıçısı Tim Vize (Qrit Vize), “Bavariya”nın italiyalı hücumçusu Luka Toni (Marta Çiçetto), “Ştutqart”ın milliləşən braziliyalı hücumçusu Mario Qomes (Silvia), “Hamburq”un müdafiəçisi Marsel Yansen (Culiya Godeke), “Bavariya”nın qapıçısı Mixael Rensinq (Saskia Trettkorn), “Şalke”nin futbolçusu Cermen Cons (Sara Gert), “Bayer”in üzvü Simon Rolfs (Cenni) tutub.
0