Branimir Subaşiçin harada oynayacağı müəyyənləşdi
06.02.2009 - 13:01
Branimir Subaşiçin harada oynayacağı müəyyənləşdi
Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiç karyerasını Asiyada davam etdirmək fikrinə düşüb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı serbiyalı futbolçu Çində oynamaq variantını nəzərdən keçirir. Onun “Neftçi”də komanda yoldaşı olan Svetoslav Stefanovun çıxış etdiyi “Çanqçun Yatay” klubuna keçəcəyi istisna deyil.

Flaqmanın iki il öncə icarəyə verdiyi Stefanov həmin klubla Çin çempionu olub. Hazırda Subaşiç də Çindədir.

Qeyd edək ki, Branimir ötən ilin yayında “Neftçi”dən Serbiyanın “Srvena Zvezda” klubuna keçib. Belqrad təmsilçisi iki il yarımlıq müqaviləsi olduğu hücumçunu transferə çıxarıb. Avropada artıq “transfer pəncərəsi”nin bağlanması Subaşiçin “könhə qitə”də özünə yeni klub tapmaq işini çətinləşdirib.
0