Toplanışdan sonra imtahan
06.02.2009 - 13:15
Azərbaycan Premyer Liqasının ikinci dövrəsinin oyunlarını idarə edəcək hakimlər test verəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, fevralın 14-15-də start götürəcək dövrə ərəfəsində ədalət təmsilçiləri FİFA-nın “Kuper test”indən keçiriləcək. Baş hakimlər fevralın 9-da, hakim-köməkçiləri isə ertəsi normativ verəcəklər. Test normativlər Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olacaq və saat 9:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan hakimləri ikinci dövrəyə hazırlıq çərçivəsində Türkiyənin Antalya şəhərində iki həftəlik təlim-məşq toplanışı keçiriblər.
Qeyd edək ki, Azərbaycan hakimləri ikinci dövrəyə hazırlıq çərçivəsində Türkiyənin Antalya şəhərində iki həftəlik təlim-məşq toplanışı keçiriblər.
- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0