Vlastimil Petrjela Azərbaycan - “Slaviya” görüşünə proqnoz verdi
06.02.2009 - 13:53
Vlastimil Petrjela Azərbaycan  - “Slaviya” görüşünə proqnoz verdi
“Azərbaycan yığması “Slaviya” ilə görüşdə favoritdir. Milli komandanızın Çexiya çempionunu məğlub edəcəyi realdır”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun sabiq çexiyalı baş məşqçisi Vlastimil Petrjela deyib.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan yığması sabah “Slaviya” ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Petrjelanın fikrincə, həmyerlilərinin bu qarşılaşmada qələbə qazanmaq şansı azdır: “Hazırda “Slaviya”da heyətlə bağlı ciddi dəyişiklər aparılır. Komandaya çoxlu yeni futbolçular gəlib, heyətini tam komplektləşdirmək üçün vaxt lazımdır. Bütün bunları nəzərə alsaq, həmyerlilərimin yığmanız üzərində qələbə qazanacağını söyləmək çətindir”.

Hazırda Azərbaycan millisinin sabit heyətə malik olduğunu bildirən Petrjelanın sözlərinə görə, baş məşqçi Berti Foqts artıq seçim prosesini yekunlaşdırıb. Bu səbəbdən yığmamızı “Slaviya”dan güclü hesab edən çexiyalı mütəxəssis komandamızın qələbə qazanmaq şansını daha yüksək qiymətləndirib.
0