Arda Turanla yataqda yaxalanan qız, nəhayət, danışdı - FOTO
06.02.2009 - 14:25
Arda Turanla yataqda yaxalanan qız, nəhayət, danışdı - FOTO
Türkiyə yığması və “Qalatasaray” klubunun futbolçusu Arda Turanla birgə şəkilləri yayımlanmış Nazlı Öztürk fikirlərini jurnalistlərlə bölüşüb. Apasport.az saytının məlumatına görə, Nazlı 22 yaşlı yarımmüdafiəçi ilə münasibətlərinin kəsildiyini bildirib. Şəkillərin 2 il əvvəl çəkildiyini söyləyən türkiyəli xanım deyib ki, bunu futbolçunun sevgilisi Eda Türkməni qısqandığı üçün etdiyini deyənlər yanılırlar.

“Həmin fotoları Ardanın əhval-ruhiyyəsi korlamaq məqsədilə mətbuata ötürməyim barədə iddialar tamamilə yalandır. Ondan niyə intiqam almalıyam ki? Turanla əlaqələrim keçmişdə qalıb. İndi evlilik təklifi aldığım ciddi bir münasibətdəyəm. Bundan başqa, o şəkillər məndə deyildi. Ardanın fotoaparatında idi. Şəkillər pis niyyətli insanlar tərəfindən yayımlanıb” - deyə Öztürk vurğulayıb.

Öncə Arda Turan da şəkilləri yayanları kəskin tənqid etmişdi. Məşhur futbolçu hadisəni şəxsi həyatına təcavüz kimi qiymətləndirmişdi.

Qeyd edək ki, Arda ilə Nazlının şəkilləri dünən İnternet vasitəsilə yayımlanıb. Bu şəkillərdə cütlük ev şəraitində isti münasibətdə əks olunublar.
0