“Neftçi” klubunun sabiq baş məşqçisi Kubaya gedir
06.02.2009 - 14:41
“Neftçi” klubunun sabiq baş məşqçisi Kubaya gedir
Bakının “Neftçi” klubunun çexiyalı sabiq baş məşqçisi Vlastimil Petrjela Kubaya gedir. Bu haqda apasport.az saytına Petrjelanın özü məlumat verib. 56 yaşlı mütəxəssis uzun müddət Praqada ruhi-əsəb xəstəxanasında müalicə olunduqdan sonra ekzotik ölkədə, istirahət zonası kimi tanınan Havana şəhərində dincəlməyi qərara alıb: “Kubaya səfərə hazırlaşıram. Bu məqsədlə yır-yığış edirik. İndi mağazada lazım olan şeyləri alıram. Səfərə Suzanna ilə birgə çıxacağam. Kubada minimum iki həftə olmağı planlaşdırıram”

Artıq bir aydır xəstəxanadan çıxan Petrjela gələcək məşqçilik karyerasına da toxunub: “Təkliflərim çoxdur. Yenidən Azərbaycanda işləmək istəsəm də, ölkənizdən dəvət almamışam. Əvəzində Bolqarıstanda MOİK və Özbəkistanda “Bunedkor” variantları realdır. Ancaq mən heç yerə tələsmirəm. Kifayət qədər vaxtım var. Təklifləri yaxşıca götür-qoy etməliyəm. Seçimimi martda etmək fikrindəyəm”.

Petrjela Suzanna ilə boşansa da, onunla münasibətləri davam edir. Çexiyalı məşqçi “Neftçi”də işləyərkən Bakıya gələn Suzanna futbolçuların fiziki hazırlığını yaxşılaşdırmaq üçün aerobika məşğələsi keçirirdi.

Qeyd edək ki, Petrjela 2007-ci ildə “Neftçi”də 4 ay baş məşqçi işləyib.
0