“Gəncə”nin yeni prezidenti bilindi, bəs baş məşqçi kimdir?
06.02.2009 - 14:43
2009/10 mövsümündən etibarən Azərbaycan birinci divizionunda mübarizə aparacaq “Gəncə” klubunun prezidentinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, kluba Gəncə Avtomobil Zavodunun əməkdaşı Elmir Əliyev başçılıq edəcək.
Artıq Əliyev “Gəncə”nin prezidenti qismində ictimaiyyətə təqdim olunub. Tezliklə komandanın heyətinin formalaşdırılması prosesinə başlanılacaq. “Gəncə”ni klubun sabiq baş məşqçisi, Azərbaycanın üçqat çempionu və dörd dəfə ölkə kubokunun qalibi Mehman Allahverdiyevin çalışdıracağı ehtimal olunur.
Qeyd edək ki, “Gəncə” maliyyə problemləri ucbatından 2006-cı ilin yayında fəaliyyətini dayandırmışdı.

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0