Mais Mənsimovdan bəy tərifi
06.02.2009 - 17:00
“Xəzər-Lənkəran”ın prezidenti Mais Mənsimovun klubun rəsmi İnternet saytında növbəti açıqlaması yerləşdirilib. Apasport.az saytının məlumatına görə, Mənsimov bu dəfə də pafoslu çıxışı ilə diqqət çəkib. O, Azərbaycanda yüksələ bilmədikləri zirvənin qalmadığını, Avropa ilə bağlı xəyallarından, yeni transferlərdən ağızdolusu danışıb.
Bu açıqlamada yalnız azarkeşlərə minnətdarlıq hisslərinin səmimi olduğu sezilir. Bunun əksinə olaraq, “Xəzər-Lənkəran” rəhbərinin fevralın 4-də AFFA prezidenti Rövnəq Abdullayevlə keçirilmiş görüşü haqda söylədikləri isə əsl qeyri-səmimilik nümunəsidir. “Gəncə futbolunun bərpası böyük işdir!” - deyən Mənsimov guya sevincini ifadə edib. Deyəsən, o, əməlli-başlı eyforiyaya qapılıb. Belə olmasaydı, “Vaxtilə Rövnəq bəy Bakını təmsil edən klublara əyalətlərə köçməyi tövsiyə edib” cümləsini işlətməzdi. Axı, AFFA prezidenti heç vaxt belə tövsiyə verməyib, Mais bəy! Rövnəq Abdullayev Bakı klublarına paytaxt kənarındakı qəsəbələrə köçməyi məsləhət görüb. Mais bəyin təbirincə desək, tutaq ki, Bakı klubları AFFA başçısının tövsiyəsinə əməl edib, əyalətlərə köçdü. Bəs Bakıda kim oynayacaq? Məgər paytaxtda futbol oynamaq qadağan olunub? Göründüyü kimi, belə gülünc tövsiyə elə Mənsimovun ağlına gələ bilər.
Maraqlıdır, görəsən, Mənsimov fevralın 4-də keçirilmiş görüş haqda fikirlərini nəyə görə 2 gün sonra deyir? Jurnalistlərin yaxşı yadındadır ki, həmin tədbirdən dərhal sonra “Xəzər-Lənkəran” prezidenti ona yaxınlaşan media nümayəndələrinə müsahibə verməkdən imtina etmişdi. O, “Qardaş, mən müsahibə vermirəm e” demişdi. Bəs indi Mənsimovu təbə gətirən nədir? Ümumiyyətlə, onun jurnalistlərlə ünsiyyət qurmağa sanki allergiyası var. Amma klubunu, azarkeşlərini və medianı düşünən prezident mətbuatdan qaçmamalıdır. Siz jurnalistləri sevməsəniz, jurnalistlər sizi “sevəcək”.
Vallah, sizdən bir dastan yazmaq olar, cənab Mənsimov! Yaxşısı budur ki, belə gülməli açıqlamalar verib (və ya yazdırıb) özünüzü pis vəziyyətə salmayasınız...
Mais Mənsimovun www.lankaranfc.com saytındakı fikirləri:
“Əhməd Dursun və Fatih Sonkayanı transfer etməklə bir daha məqsədimizin qitə səviyyəli komanda yaratmaq olduğunu ortaya qoyduq. Ölkə daxilində “Xəzər Lənkəran”ın yüksələ bilməyəcəyi zirvə yoxdur. Biz çempionluq barədə planlar qurub, Çempionlar Liqasında iştirak haqda düşünürük. Bu yay qitə kuboklarındakı uğursuzluq sindromuna son qoymalıyıq. İqor Ponomaryov rəhbərlik tərəfindən tam dəstək görəcək, onun ideyalarının reallaşdırması üçün hər cür şərait yaradacağıq. Bütün lazımi transferlər həyata keçiriləcək. Şükürlər olsun ki, bunun qarşısını ala biləcək maliyyə çətinliklərimiz yoxdur. “Xəzər Lənkəran”ı azarkeşlər üçün yaratmışıq. Bu komanda onların yanında, gözləri qarşısında olmalıdır. “Xəzər-Lənkəran” azarkeşi ən yaxşıdır. Fatih Sonkaya və Əhməd Dursun kimi futbolçular onlara layiq olmalıdırlar. Ən yaxşı azarkeşlərin komandası da ən yaxşı olmalıdır. İşimizi bu istiqamətdə qurmuşuq. AFFA prezidenti Rövnəq Abdullayev futbolumuzun inkişafı üçün real işlər görmək həvəsindədir. Legioner limitinin tətbiq olunmaması da düzgün qərardır. Gəncə futbolunun bərpası böyük işdir! Rövnəq bəy stadion məsələsində klublarımıza yenə güzəşt etdi. Mən hesab edirəm ki, klublarımız onun tövsiyələrinə qarşı xüsusi diqqətli olmalıdırlar. Vaxtilə Rövnəq bəy Bakını təmsil edən klublara əyalətlərə köçməyi tövsiyə edib. Təəssüf ki, onun məsləhəti birmənalı qarşılanmadı və müxtəlif cür yozuldu. Halbuki çoxları bu işin çətinliyindən qorxdu. İnanın ki, əyalətdə klub yaratmaq Bakıyla müqayisədə on dəfələrlə çətindir. Amma əgər biz ölkə futbolunu inkişaf elətdirmək haqda düşünürüksə, kütləviliyə nail olmalıyıq. Bunun yolu isə əyalətlərə xüsusi diqqət yetirməkdən keçir”.

0
0