Azərbaycanlı futbolçuların Rusiyada oynamasında problem yarana bilər
06.02.2009 - 17:42
Rusiya çempionatının müxtəlif dəstələrində oynayan Azərbaycan yığmasının sabiq futbolçuları 2009-cu ildən ciddi problemlə üzləşə bilərlər. Apasport.az saytının məlumatına görə, rusiyalılar “legioner” sözünün izahında dəyişiklik etmək istəyindədir. Belə ki, Premyer Liqa rəhbərliyi ölkə çempionatının əvvəlki əsasnaməsində yazılan izahın dəyişməsini təklif edib. “Rusiya Federasiyasının pasportu və vətəndaşlığı olmayan futbolçular legioner sayılır” ifadəsi qurum üzvlərini artıq qane etmir. Fevralın 10-da keçiriləcək yığıncaqda ifadənin bu şəklə salınması təklif olunacaq: “Rusiya yığmasında oynamaq hüququ olmayan futbolçular legioner sayılır”.
Bu yeniliyin təklif olunmasına əsas səbəb postsovet məkanı təmsilçilərinin asanlıqla Rusiya pasportu alması və bu üzdən legioner limit sayılmaması səbəb olub. Bu futbolçuların limitdən kənarda qalmamağına çalışan rusiyalıların bu dəyişikliyi yığmamızın sabiq oyunçularına da təsir edəcək. Belə ki, Rusiya çempionatının ikinci dəstəsində legionerlərin oynamasına icazə verilmədiyindən azərbaycanlı futbolçular neçə illərdir ki, həmin yarışa Rusiya vətəndaşlığını almaqla qatılırdı. Onlardan ikisi Emin Ağayevlə Daniel Axtyamov elə ötən il də ikinci dəstədə top qovub. Təbii ki, Rusiya vətəndaşı kimi. Amma yeni qanunun qəbul olunmasından sonra onların Rusiya pasportu da problemlərini həll etməyəcək. Çünki yığmamızda oynayan futbolçular Rusiya millisində oynamaq hüququnu itirib. Bu iki oyunçu kimi, Azərbaycan milli komandasına bağlı olan digər futbolçular da ciddi problemlə üzləşəcək.

0
0