Aleksey Spirin Bakıya gəlmədi
06.02.2009 - 18:09
Aleksey Spirin Bakıya gəlmədi
Azərbaycan hakimləri üçün keçirilməli olan seminar təxirə salınıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Rusiya Hakim-İnspektorlar Komitəsinin sədri Aleksey Spirinin rəhbərlik etməli olduğu seminar fevralın 5-dən 8-dək keçirilməyəcək. Buna sabiq FİFA hakiminin şəxsi problemləri səbəb olub. Spirin ölkəmizə gələ bilmədiyindən isə seminar başqa vaxta keçirilib.
0