Gürcüstan milli komandası Azərbaycana gəlir
06.02.2009 - 19:07
Gürcüstan milli komandası Azərbaycana gəlir
Azərbaycanın 17 yaşlılardan ibarət milli komandası Gürcüstan yığması ilə qarşılaşacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində apasport.az saytına verilən məlumata görə, Avropa çempionatının ikinci seçmə mərhələsində mübarizə aparacaq Bernard Lippertin yetirmələri fevralın sonunda daha iki yoxlama oyunu keçirəcək. Belə ki, yığmamız fevralın 26-da və 28-də gürcüstanlı həmyaşıdları ilə yoldaşlıq oyunları keçirəcək. Matçlar Sumqayıtın Mehdi Hüseynzadə adına stadionunda baş tutacaq.
0