Fatih Terim heyəti açıqladı
06.02.2009 - 22:49
Fatih Terim heyəti açıqladı
Fevralın 11-də beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Kot d’İvuar yığmasını qəbul edəcək Türkiyə milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terim 25 futbolçuya dəvət göndərib.

Yoldaşlıq matçı İzmirin Atatürk stadionunda Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Oyun rumıniyalı Sorin Korpodinin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb.

Türkiyə yığmasının heyəti belədir:

Qapıçılar: Volkan Dəmirəl (“Fənərbaxça”), Ufuk Ceylan (“Manisaspor”)

Müdafiəçilər: Hakan Balta, Səbri Sarıoğlu, Sərvət Çətin (hamısı “Qalatasaray”), Eren Güngör (“Kayserispor”), Gökhan Gönül (“Fənərbaxça), Gökhan Zan (“Beşiktaş”), İbrahim Kaş (“Xetafe”, İspaniya), Caner Erkin (MOİK, Rusiya),

Yarımmüdafiəçilər: Arda Turan, Ayhan Akman, Mehmet Topal (hamısı “Qalatasaray”), Əmrə Belözoğlu, Kazım Kazım (hər ikisi “Fənərbaxça”), Hamit Altıntop (“Bavariya”, Almaniya), Mehmet Aurelio (“Betis”, İspaniya), Nuri Şahin (“Borussiya” D, Almaniya), Tuncay Şanlı (“Middlsbro”, İngiltərə)

Hücumçular: Batuhan Karadəniz (“Əskişəhərspor”), Gökhan Ünal (“Trabzonspor”), Semih Şəntürk (“Fənərbaxça”), Mehmet Yıldız (“Sivasspor”), Halil Altıntop (“Şalke”, Almaniya), Mevlut Ərdinc (“Soşo”, Fransa)
0