“Neftçi”nin yeni futbolçusu: Azərbaycanda məni macəralar gözləyir
07.02.2009 - 12:01
“Neftçi”nin yeni futbolçusu: Azərbaycanda məni macəralar gözləyir
“Mən hələ də Azərbaycanda oynayacağımı başa düşə bilmirəm. Bu, mənə yuxu kimi gəlir. Lakin bəzən həyatda belə hissləri də yaşamalı oluruq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun yeni futbolçusu Valentin Atem deyib.

“Neftçi”yə keçidindən sonra həm Atemin əməkhaqqısının artacağını, həm də “Duysburq” klubunun kifayət qədər qazanacağını iddia edən Almaniya mətbuatı futbolçunun fikirlərinə də yer ayırıb. 30 yaşlı kamerunlu hücumçu yad ölkəyə, Azərbaycana can atdığını bildirib.

“Orada məni macəraların gözlədiyini bilirəm. Bu ölkəyə yollanacağım günü səbirsizliklə gözləyirəm. Düzdür, karyeramı davam etdirmək üçün “Duysburq” kifayət qədər münasib komanda idi. Təəssüf ki, bu komandada ən yaxşı keyfiyyətlərimi nümayiş etdirmək imkanı qazanmadım” - deyə Valentin Atem vurğulayıb.
0