Türkiyə Avro-2016-nı keçirməyə namizəd oldu
07.02.2009 - 13:33
Türkiyə Avro-2016-nı keçirməyə namizəd oldu
Türkiyə 2016-cı ildə keçiriləcək futbol üzrə XV Avropa çempionatını təşkil etmək istəyir. Apasport.az saytının məlumatına görə, bu məqsədlə türklər müvafiq sənədləri hazırlayırlar.

Qitə birinciliyinin ev sahibinin seçimi zamanı Türkiyənin ən ciddi rəqibi İtaliya ola bilər. Belə ki, Apennin yarımadası təmsilçiləri də Avro-2016-ya namizədliklərini verməyə hazırlaşırlar.

İndiyədək Türkiyədə keçirilmiş ən böyük futbol yarışı 2005-ci ilə təsadüf edib. Həmin il İstanbulda Çempionlar Liqasının finalı çərçivəsində “Liverpul” - “Milan” matçı baş tutub. Bu ilin mayında isə UEFA kubokunun həlledici görüşü İstanbulda təşkil olunacaq.

Qeyd edək ki, növbəti Avropa çempionatı 2012-ci ildə Ukrayna və Polşada olacaq.
0