AFFA-da hakim-inspektorların seminarı keçirilib
07.02.2009 - 13:46
AFFA-da hakim-inspektorların seminarı keçirilib
AFFA hakim-inspektorlar üçün seminar keçirib. Apasport.az-ın assosiasiyanın rəsmi İnternet saytına istinadən məlumatına görə, Azərbaycan Premyer Liqasına hazırlıq məqsədilə hakim-inspektorlar üçün kurs olub.

Qurumun inzibati binasında təşkil olunan tədbirə Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov başçılıq edib. Seminar iştirakçılarına müvafiq tövsiyələr verilib və çempionatın ikinci dövrəsinə hazırlığın səviyyəsi yoxlanılıb.
0