Xodukin BATE ilə oynamaqdan imtina etdi
07.02.2009 - 15:40
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Bakının “İnter” klubunun hazırlıq planında dəyişiklik edilib. Komandanın baş məşqçisi Valentin Xodukinin apasport.az saytına verdiyi məlumata görə, bakılılar vətənə gözlənildiyi kimi fevralın 10-da deyil, sabah qayıdacaq.
Buna Belarus çempionu BATE ilə “İnter” arasında keçirilməsi nəzərdə tutulan yoxlama oyununun baş tutmaması səbəb olub: “Fevralın 9-da BATE ilə görüşməli idik. Lakin bu klubun 9 futbolçusu Belarus milli komandasına dəvət alıb. Bizimlə oyunadək onlar BATE-nin düşərgəsini tərk edəcəklər ki, bu da bizim zəifləmiş rəqiblə görüşməyimiz anlamına gəlir. Zəif komanda ilə qarşılaşmağı məqsədəuyğun saymadığımızdan, toplanışın müddətində dəyişiklik etdik. Artıq sabah Antalyanı tərk edəcəyik”.
Qeyd edək ki, Türkiyədə keçirilən iki toplanış ərzində üst-üstə 6 yoxlama oyunu keçirən “İnter” bu gün son sınaq matçında Rusiyanın aşağı dəstə təmsilçisi Çitanın “Lokomotiv” klubu ilə görüşəcək.

0
0