Milli komandamız Çexiya klubuna uduzdu - 0:2
07.02.2009 - 19:22
Azərbaycan futbol yığması bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində növbəti yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri “Cəbel Əli” stadionunda Çexiyanın “Slaviya” klubu ilə qüvvəsini sınayıb.
Almaniyalı baş məşqçi start heyətdə Fərhad Vəliyev, Rahid Əmirquliyev, Tural Nərimanov, Ernani Pereyra, Mahir Şükürov, Sergey Sokolov, Aqil Nəbiyev, Cavid Hüseynov, Fabio Luis Ramim, Araz Abdullayev və Vüqar Nadirova yer verib. Kapitan sarğısını qapıçı Fərhad Vəliyev daşıyıb. Fevralın 1-də Özbəkistana qarşı matçla (1:1) müqayisədə, bu dəfə Foqts bir neçə yeni oyunçuya şans verib.
Yerli hakimlər - İbrahim Almehere, Fadel Saleh və Khmes Feruzun idarə etdiyi görüş yığmamızın məğlubiyyəti ilə nəticələnib. Çexlər hər hissədə bir qol vuraraq, 2:0 hesablı qələbə qazanıblar. “Slaviya”dan 36-cı dəqiqədə Hoşek, 64-cü dəqiqədə isə Fort fərqlənib.
Qeyd edək ki, milli komandamız Dubay toplanışı çərçivəsində son yoldaşlıq görüşündə fevralın 11-də Küveytlə oynayacaq.

0
0