“Xəzər-Lənkəran” Əhməd Dursuna ehtiyac görmədi
07.02.2009 - 20:14
“Xəzər-Lənkəran” Əhməd Dursuna ehtiyac görmədi
“Xəzər-Lənkəran” klubu Azərbaycan Premyer Liqasına hazırlıq məqsədilə bu gün MOİK-lə yoldaşlıq görüşü keçirib. Bu haqda apasport.az saytına “Xəzər-Lənkəran”ın vitse-prezidenti Rəvan Bəşirov məlumat verib. Lənkəranlılar doğma meydanda 3:0 hesabı ilə qalib gəliblər.

Qolların hər üçünü legionerlər - bolqarıstanlı İvan Svetkov və braziliyalılar Denis Silva ilə Mario Souza vurub. Baş məşqçi İqor Ponomaryov “hərbçilər”lə oyunda yeni transfer Əhməd Dursuna ehtiyac görməyib. Türkiyəli hücumçunun bu matçda “Xəzər-Lənkəran”ın heyətində debütü gözlənilsə də, azarkeşlərə onun oyununu izləmək hələlik qismət olmayıb.
0