Milli komandamız sabah Küveytə yollanacaq
08.02.2009 - 21:56
Azərbaycan futbol yığması Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən təlim-məşq toplanışını sabah yekunlaşdıracaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Berti Foqtsun yetirmələri sabah səhər son məşqi keçdikdən sonra Küveytə yollanacaqlar.
Məqsəd fevralın 11-də Küveyt milli komandası ilə yoldaşlıq görüşü keçirməkdir. Bu matç paytaxt Əl-Küveytdə baş tutacaq. Futbolçularımız Vətənə fevralın 12-də dönəcəklər.
Qeyd edək ki, yanvarın 27-dən Dubayda təlim-məşq toplanışı keçən yığmamız geridə qalan müddət ərzində Özbəkistan (1:1) və Çexiyanın “Slaviya” klubu (0:2) ilə yoxlama oyununda qüvvəsini sınayıb.

- “İnter” baş məşqçisi ilə bağlı qərarını verdi - RƏSMİ
- Messinin ağ butsları: Qalan hamıda çəhrayı rəngdə - FOTO
- Niko Uilyamsdan sədaqət mesajı: "Karyeramın sonuna qədər..."
- Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”
- Rodrinin gələcəyi sual altında - “Mançester Siti” ilə razılıq yoxdur
0
0