“Xəzər-Lənkəran”ın futbolçusu üzr istədi
09.02.2009 - 10:28
Azərbaycan milli komandasının futbolçusu Kamran Ağayev azarkeşlərdən üzr istəyib. Apasport.az saytının məlumatına görə, qapıçı yığmanın Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Çexiyanın “Slaviya” komandası ilə yoxlama oyunundakı hərəkətlərinə peşman olub. Qırmızı vərəqə alaraq ehtiyat oyunçular skamyasından qovulan 23 yaşlı qapıçı AFFA-nın rəsmi internet saytına açıqlamasında hisslərini cilovlaya bilmədiyini etiraf edib: “Meydanda olarkən komanda yoldaşlarımla daim ünsiyyətdə olduğumdan bu dəfə ehtiyatda olarkən özümü saxlaya bilmədim. Səhv etdiyimi başa düşürəm. Çünki bu futbolçuya, özü də milli komandanın oyunçusuna yaraşmayam hərəkətdir. Buna görə də azarkeşlərdən üzr istəyərək bir də belə hərəkətlərə yol verməyəcəyimi bildirirəm”.
Qeyd edək ki, milli komandada indiyədək cəmi 5 oyun keçirən Ağayev “Xəzər-Lənkəran”ın şərəfini qoruyur.
Qeyd edək ki, milli komandada indiyədək cəmi 5 oyun keçirən Ağayev “Xəzər-Lənkəran”ın şərəfini qoruyur.
- “İnter” baş məşqçisi ilə bağlı qərarını verdi - RƏSMİ
- Messinin ağ butsları: Qalan hamıda çəhrayı rəngdə - FOTO
- Niko Uilyamsdan sədaqət mesajı: "Karyeramın sonuna qədər..."
- Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”
- Rodrinin gələcəyi sual altında - “Mançester Siti” ilə razılıq yoxdur
0
0