Klubsuz futbolçunun problemi həll olundu
09.02.2009 - 10:38
Klubsuz futbolçunun problemi həll olundu
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Zeynal Zeynalovun problemi həll olunub. AFFA-nın rəsmi saytına açıqlama verən 29 yaşlı futbolçu Dubay şəhərində keçirilən təlim-məşq toplanışında aldığı zədənin ciddi olmadığını bildirib. Artıq sağalan Zeynal həkimlərin məşqlərə başlamaq üçün heç bir problem görmədiyini söyləyib: “Buna görə də məşqlərə müntəzəm olaraq başlaya bilərəm. Bu gündən yığmanın hazırlığına qatılacağam. Baş məşqçi Berti Foqts Küveyt yığması ilə yoldaşlıq oyununda mənə etimad göstərərsə, onu doğrultmağa çalışacağam”.

Qeyd edək ki, Zeynal hazırda klubsuzdur.
0