Azərbaycan yığmasının da seriyası qırıldı, Berti Foqtsun da
09.02.2009 - 10:48
Azərbaycan yığmasının da seriyası qırıldı, Berti Foqtsun da
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, almaniyalının rəhbərliyi altında 11-ci matçına çıxan komandamız ilk dəfə bir oyuna 2 qol buraxıb. Dubayda təlim-məşq toplanışı çərçivəsində Çexiyanın “Slaviya” klubuna 0:2 hesabı ilə uduzan yığmamızın almaniyalının rəhbərliyi altında birdən artıq qol buraxmırdı. Foqts sonuncu dəfə ötən il fevralın 3-də Nigeriya milli komandasına başçılıq etdiyi vaxt yetirmələrinin bu qədər qol buraxmasının şahidi olub. Afrika Millətlər Kubokunun ¼ finalında Qanaya 1:2 hesabı ilə məğlub olduqdan sonra isə almaniyalı istefaya göndərilmişdi. Həmin matçdan 370 gün sonra Foqts bu qədər qola üzüldü. Milli komandamızın iki qol buraxmamaq seriyası isə baş məşqçisi ilə müqayisədə daha uzun olub. Almaniyalıya qədər son üç matçda da birdən artıq ol buraxmayan komandamız sonuncu dəfə 2007-ci il noyabrın 17-də Finlandiya ilə Helsinkidə 2 qol buraxmışdı – 1:2.
0