Yığmanın futbolçusu hakimi qana buladı - FOTO
09.02.2009 - 12:00
Yığmanın futbolçusu hakimi qana buladı - FOTO
Türkiyə Superliqasının son turunda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Çexiya yığmasının və “Qalatasaray”ın şərəfini qoruyan Milan Baroş “Kayserispor”la matçda hakimi qana bulayıb.

Qarşılaşmanın 33-cü dəqiqəsində rəqib futbolçu ilə hava mübarizəsi zamanı ciddi zədə alan Baroşun başı qanayıb. Çex hücumçu zədəsini göstərmək üçün görüşün baş hakimi Selçuk Dərəlinin yanına qaçıb. Hakimin buna bir o qədər diqqət vermədiyini görən Milan əsəblərini cilovlaya bilməyərək, əli ilə qanı Dərəlinin üstünə sürtüb. Nəticədə futbolçu sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Əli Sami Yen” stadionunda keçirilən “Qalatasaray” - “Kayserispor” oyunu 1:1 hesabı ilə nəticələnib.
0