“Qalatasaray”ın sabiq futbolçusu: “Neftçi” gözlədiyimizdən zəif idi
09.02.2009 - 12:10
“Qalatasaray”ın sabiq futbolçusu: “Neftçi” gözlədiyimizdən zəif idi
“Neftçi” ilə oynadığımız üçün bəxtimiz gətirdi. Biz gözlədiyimizdən çox zəif rəqiblə qarşılaşdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Panduri” klubunun futbolçusu Yonut Lutu deyib.

Antalya şəhərində keçirilən təlim-məşq toplanışında Bakının “Neftçi” klubunu 3:0 hesabı ilə məğlub edən rumıniyalıların qollarından birinə imza atan “Qalatasaray”ın sabiq futbolçusu fikrini belə əsaslandırıb: “Bakı təmsilçisi artıq hazırlığı yekunlaşdırmaq üzrədir. Oyunumuzdan sonrakı həftə Azərbaycan çempionatı başladığından “Neftçi”nin daha hazırlıqlı olacağını gözləyirdik”

“Panduri”nin baş məşqçisi Sorin Çirtu isə rəqibdən çox öz komandasının durumundan danışıb: “Neftçi” ilə qarşılaşma bizim üçün adi matç idi. Sevinirəm ki, oyunçularım layiq olduğu qələbəni qazandı. Amma yenə də bu görüşdən müəyyən nəticələr çıxarıb, qarşıdakı hazırlığımızda nəzərə alacağıq”.

“Neftçi”nin İntertoto kubokunun üçüncü mərhələsinədək irəliləməsini xatırlayan “Panduri”nin baş katibi Daniel Baloi komandasının oyunundan məmnun qalıb: “Komandamızda hər şey alınırdı: gözəl oyun və gözəl qollar. “Neftçi” ötən ilin payızında İntertoto kubokundan UEFA kubokuna düşməyə yaxı olsa belə, biz onlardan çox yaxşı oynadığımızı sübut etdik”.
0