Fatih Sonkaya: “Xəzər-Lənkəran”ın uğur qazana bilmədiyindən xəbərim var
09.02.2009 - 12:53
Fatih Sonkaya: “Xəzər-Lənkəran”ın uğur qazana bilmədiyindən xəbərim var
“Xəzər-Lənkəran”ın tarixi ərzində avrokuboklarda uğur qazana bilmədiyindən xəbərim var. Bu, o deməkdir ki, görüləcək işimiz var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran”ın yeni transferi Fatih Sonkaya deyib.

Türkiyəli futbolçu klubun rəsmi saytına açıqlamasında ölkəmizə transferinin səbəbini açıqlayıb: “Komanda yoldaşım Əhməd Dursunla birgə Azərbaycan çempionu olmaq üçün bura gəlmişik. Bu klubda çox uğurlara imza atmaq fikrindəyik. Yaxşı şərtləri olan müqavilə təklif edirdilər. Lakin Mübariz Mənsimovla görüşdən sonra Azərbaycanı seçdim. O, komanda qarşısında böyük vəzifələrin durmasından, daha çox avrokubok haqda düşündüyünü bildirdi. Buna görə imtina edə bilməzdim”.
0