Türkiyəli futbolçu Azərbaycan yığmasında oynamaq istəyir
09.02.2009 - 13:07
Türkiyəli futbolçu Azərbaycan yığmasında oynamaq istəyir
“Bakı” klubunun yeni transferi Sinan Dəmircan Azərbaycan yığmasında oynamaq fikrindədir. Bu barədə apasport.az saytına açıqlamasında 20 yaşlı türkiyəli futbolçu bildirib ki, milli komandamızdan dəvət alarsa, bunu qəbul etməyə hazırdır: “İki il öncə Türkiyə yığmasına çağırılsam da, zədə üzündən oynamaq mənə nəsib olmadı. Milli komandaya düşməyim çox çətindir. Fatih Təkkə, Gökhan Ünal, Mehmet Yıldız kimi futbolçular yığmadan kənarda qalırlar. Azərbaycan yığmasına hələ 2000-ci ildə Bakıda keçirdiyimiz zamanı böyük simpatiyam yarandı. Hakan Şükürün vurduğu yeganə qolla qələbə qazandığımız həmin matçda komandanız çox yaxşı oynamışdı. Biz bir millətik, dilimiz, dinimiz eynidir. Belə olan halda, Azərbaycan yığmasında oynamaq istərdim. 21 yaşlılardan ibarət yığmamıza da çağırıla bilərəm”.
0