Rusiyalı futbolçu: Azərbaycanla oyunda biabır olmaq istəmirik
09.02.2009 - 13:14
Rusiyalı futbolçu: Azərbaycanla oyunda biabır olmaq istəmirik
“Azərbaycan və Lixtenşteynlə görüşlərdə bütün gücümüzü meydanda qoyacağıq. Çünki xal itirməyə haqqımız yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya milli komandasının yarımmüdafiəçisi Alan Dzaqoyev deyib.

Moskva MOİK-ində oynayan 18 yaşlı futbolçu Azərbaycan yığması ilə martın 28-də keçirəcəkləri rəsmi oyunda arxayınlaşmağa əsas görmür. Onun fikrincə, Azərbaycan və Lixtenşteyn kimi komandaları qiymətləndirməməklə, bunun acısını çəkmək olar: “Aydın məsələdir ki, qarşıdakı iki rəsmi oyunda emosiyalarımız Almaniya ilə görüşdən öncəki kimi olmayacaq. Ancaq xal itirməyə haqqımız olmadığı üçün Azərbaycan və Lixtenşteynlə matçlara bacarığımızı yüz faiz nümayiş etdirəcəyik. Həm də bilirsiniz, biabır olmağı heç istəmirik. Elə bu yaxınlarda İsveçrə Lüksemburqa, özü də evdə uduzmalı olmadığı halda, bu, baş verdi. Bu, bir daha onu təsdiqləyir ki, futbolda hər şey mümkündür. Qarşıdakı oyunlardan atlı mümkün xaldan altısını da götürməyə çalışacağıq”.
0