Hakimlər Premyer Liqaya hazırdır
09.02.2009 - 13:18
Hakimlər Premyer Liqaya hazırdır
Azərbaycan hakimləri ölkə çempionatı və kubokunun oyunlarına tam hazırdır. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Premyer Liqa və birinci diviziona təyinat alan hakimlər “Kuper testi”ndən keçiblər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) stadionunda keçirilən testlərə cəlb olunan 32 baş hakimin hamısı normativləri uğurla verib.

Qeyd edək ki, sabah ADBTİA-nın stadionunda hakim köməkçiləri “Kuper testi” verəcək.
0