“Real”ın idman direktoru Predraq Miyatoviç istefaya göndərilib
10.02.2009 - 10:58
“Real”ın idman direktoru Predraq Miyatoviç istefaya göndərilib
“Real”ın idman direktoru Predraq Miyatoviç istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, vaxtilə Madrid təmsilçisinin heyətində oynamış Miyatoviçin qovulmasına səbəb kimi ağılsız transfer siyasəti göstərilir.

Bundan əlavə, onun dövründə “Kral klubu”nda üç dəfə baş məşqçi dəyişikliyi olub. İtalyan Fabio Kapellonu baş məşqçi postuna gətirən “Real” çempionluq qazandıqdan sonra dünya şöhrətli mütəxəssisi istefaya göndərdi. Alman mütəxəssis Bernd Şuster də qızıl medal qazandıqdan sonra eyni aqibətlə üzləşdi. Onu ilk dövrənin gedişində ispan Xuande Ramos əvəzləyib.

40 yaşlı Miyatoviç işindən azad olunması təqdirində təzminatsız qalmayacaq. Ona 1 milyon avro kompensasiya verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Miyatoviç futbolçu karyerası dövründə 6 il öncə Serbiya yığmasının heyətində milli komandamıza qarşı oynayıb.
0