Küveyt milli komandası Azərbaycana gəlir
14.02.2009 - 00:11
Küveyt milli komandası Azərbaycana gəlir
Küveytin milli komandası Azərbaycana səfər etməyə hazırdır. AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, bununla bağlı iki ölkənin futbol qurumları arasında razılıq əldə olunub.

“Küveyt Futbol Assosiasiyasının rəsmiləri Azərbaycanda yoldaşlıq keçirməyə razılıq verdilər. Bu, bizim küveytlilərlə yoxlama oyunumuza cavab xarakteri daşıyacaq. Amma konkret tarix barədə müzakirələr olmadı” – deyə Məmmədov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və Küveyt yığmaları arasında ilk beynəlxalq yoldaşlıq görüşü bu il fevralın 11-də Əl-Küveytdə keçirilib. Həmin oyun 1:1 hesabı ilə nəticələnib.
0