“Neftçi”də yeni qalmaqal mümkün deyil”
17.02.2009 - 17:16
“Neftçi” klubunun futbolçusu Samir Əliyev Azərbaycan Premyer Liqasının XV turunda “Bakı” ilə oyunu da buraxmalı olacaq. Apasport.az saytının məlumatına görə, bu haqda lent.az-a futbolçunun özü məlumat verib.
Onun sözlərinə görə, son məşqlərdən birində köhnə zədəsini təzələməsi üzündən ikinci dövrənin startında “Standard”a qarşı forma geyə bilməyib. Məşqlərini davam etdirən 30 yaşlı hücumçu yaşıl meydanlara dönüşünün 10 günədək uzanacağını açıqlayıb: “Yəqin ki, fevralın 21-də “Bakı” ilə oyunda da çıxış edə bilməyəcəyəm. Lakin fevralın 25-də “Qarabağ”a qarşı keçirəcəyimiz Azərbaycan kubokunun ilk ¼ final matçınadək hazır vəziyyətdə olacağımı düşünürəm”.
Samir komanda yoldaşı Zaur Tağızadə və özünün “Neftçi”nin baş məşqçisi Hans-Yurden Gede ilə aralarında problemin yarandığına dair xəbərləri təkzib edib. O, baş məşqçi ilə qalmaqal üzündən heyətdən kənarda qaldığı haqda mətbuatda yazılanların həqiqəti əks etdirmədiyini vurğulayıb: “Bilmirəm, bu xəbər haradan çıxıb. Zaur xəstələnmişdi, üstəlik yüngül zədəsi var. Amma onun “Bakı” ilə matçda iştirak edib-etməyəcəyini deyə bilmərəm. Baş məşqçi ilə aramızda heç bir problem yoxdur”.
Təcrübəli futbolçu mövsümün ilk yarısında baş məşqçi ilə “Neftçi”nin aparıcı futbolçuları arasında yaranan qalmaqalın yenidən təkrarlanmasının mümkünsüzlüyünü də vurğulayıb: “Artıq komandada yeni qalmaqalın baş verməsi mümkün deyil. Çünki Gede ilə futbolçuların münasibətləri qaydasındadır”.

0
0