Aslan Kərimov söz verdi
17.02.2009 - 17:43
Aslan Kərimov söz verdi
Azərbaycan Premyer Liqasının autsayderlərindən olan “Bakılı” üzərində qələbəyə Ağdamın “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl də biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, bu gün futbolçularla görüşündə Gözəl bildirib ki, komandaya çox inanır və onlardan bu il çempionluq gözləyir.

Futbolçulara bir neçə ay əvvəl komandanın 10-cu sırada olmasını xatırladan türkiyəli iş adamı indi “Qarabağ”ın 4-cü yerdə qərarlaşmasını bildirib. Bunu gözlədiyini vurğulayan Gözəl növbəti görüşdə komandanın turnir cədvəlində daha yüksək yerdə görmək istəyi ilə bağlı arzusunu açıqlayıb.

Komandanın kapitanı Aslan Kərimov isə klub rəhbərinə mövsümün sonunda ən azı avrokuboklarda çıxış edəcəklərini söz verib. Futbol funksioneri də futbolçulara onlarla fəxr etdiyini və ən yaxşısını gözlədiyini bildirib.

Qeyd edək ki, ağdamlılar neçə vaxtdır komandada çalışan türkiyəli məşqçi Mehmet Akla daha bir illik müqavilə bağlayıb.
0