“Bakı” - “Neftçi” oyununun vaxtı dəyişdirildi
17.02.2009 - 18:01
“Bakı” - “Neftçi” oyununun vaxtı dəyişdirildi
Azərbaycan Premyer Liqasında XV turun oyunlarının başlanma saatı açıqlanıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “Bakı” – “Neftçi”, “Standard” – “İnter” və “Simurq” – “Muğan” görüşlərinin vaxtı dəyişdirilib. Həmin oyunlarının keçirildiyi stadionlarda süni işıqlandırma sisteminin olması nəzərə alınıb. Qalan dörd matç əvvəldən təyin edildiyi kimi, saat 14:00-da başlayacaq.

21 fevral

14:00. "Turan" - "Xəzər-Lənkəran"
Tovuz. Şəhər stadionu

14:00. "Qəbələ" - MOİK
Qəbələ. Şəhər stadionu

14:00. “Olimpik” – “Qarabağ”
Bakı. “Şəfa” stadionu

16:00. "Bakı" - "Neftçi"
Bakı. T.Bəhramov adına Respublika Stadionu

22 fevral

14:00. "Bakılı" - "Karvan"
Bakı. Zabrat qəsəbə stadionu

16:00. "Standard" - "İnter"
Bakı. "Şəfa" stadionu

18:00. "Simurq" - "Muğan"
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu