Rusiya yığmasına baş məşqçi tapıldı
17.02.2009 - 18:25
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının baş məşqçisi dəyişə bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hollandiyalı mütəxəssis Qus Hiddinkin İngiltərənin “Çelsi” klubu ilə anlaşmasından sonra Rusiya Futbol İttifaqı (RFİ) onun yerinə yeni baş məşqçi axtarır.
Həmkarlarımız rusiyalıların Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi Luis Araqoneslə danışıqlara başladığını iddia edir. İspaniya milli komandasını Avropa çempionluğu qazandıran, lakin İstanbul təmsilçisində işləri o qədər də yaxşı getməyən mütəxəssis RFİ-dən düşünmək üçün möhlət istəyib: “Fənərbaxça”da qalıb uğur qazanmaq istəyirəm. Amma işlərim istədiyim şəkildə getmir. İndi qəti bir söz deyə bilmərəm. Düşünməyim üçün mənə vaxt verin”.

- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0