Hakim haqsızlığı Rəşad Sadıqovu yıxıb
18.02.2009 - 10:28
“Hakim fit çalanda mən yıxıldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.
“Kocaelispor” klubunda çıxış edən 27 yaşlı müdafiəçinin Superliqanın son turunda üzləşdiyi hakim haqsızlığı hələ də türk həmkarlarımızın müzakirə mövzusudur. “Kayserispor”la matçda hakimin əllə oyun adı altında penalti təyin etməsini ədalətsizlik kimi qələmə verən türkiyəlilər Sadıqovun məsələyə münasibətini öyrənib: “Zərbə çox yaxından vurulmuşdu. Mən də özümü topdan qorumaq istədim. Belə olan halda, top üzümə apardığım əlimə çarpdı. Hakimin haqsızlığını görüncə yerə yıxıldım”.
Qeyd edək ki, Türkiyə çempionatının autsayderlərindən olan “Kocaelispor” “Kayserispor”la qarşılaşmada ilk qolu vursa da, 1:2 hesabı ilə məğlub olub.

- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0