Ziko Azərbaycanda oynayan futbolçunu xatırladı
18.02.2009 - 11:09
Ziko Azərbaycanda oynayan futbolçunu xatırladı
“Fənərbaxça” klubunun sabiq baş məşqçisi Artur Ziko vaxtilə “Neftçi”nin şərəfini qoruyan Vyaçeslav Çanovu yada salıb. Apasport.az saytının məlumatına görə, 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatının final mərhələsində Braziliya yığmasının heyətində SSRİ-yə qarşı forma geyinən Ziko qələbə (2:1) qazandıqları həmin görüşü xatırlayıb və Çanov haqda da xoş sözlər deyib: “Həmin qarşılaşmada hakim bizə kömək etdi. Təmiz penalti onun diqqətindən yayındı. Mübariz oyun alındı. Yeri gəlmişkən, hazırda MOİK-də bir yerdə işlədiyimiz Vyaçeslav Çanov da həmin matça sifariş olunmuşdu. Mənə 27 ildən sonra onunla görüşmək çox xoş oldu. Bir sözlə, SSRİ ilə 1982-ci ildəki matç əlamətdar oldu. Hərçənd, SSRİ yığması ilə hər bir oyun çətin və yadda qalan alınırdı”.

Qeyd edək ki, 1985-86-cı illərdə “Neftçi”nin əsas qapıçısı olan Çanov hazırda MOİK-də qapıçılarla işləyən məşqidir.
0