Ançelottinin həyat yoldaşı Misirdə yad kişi ilə yaxalandı - FOTO
18.02.2009 - 11:44
Ançelottinin həyat yoldaşı Misirdə yad kişi ilə yaxalandı - FOTO
Ötən həftə İtaliya çempionatında “İnter”ə 1:2 hesabı ilə uduzan “Milan”ın baş məşqçisi Karlo Ançelotti növbəti xoşagəlməz hadisənin şoku ilə yaşayır. Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssisin həyat yoldaşı Luiza Qibellini Misirin kurort şəhəri Şarm Əl-Şeyxdə yad kişi ilə yaxalanıb.

Luiza Ançelottidən 3 yaş böyükdür. Onun Misirdə münasibətdə olduğu kişi isə tanınmış italiyalı musiqiçi Qraziano Qalatonedir. Paparatsilər onların birgə şəklini çəkə biliblər. Fotoda həm Qraziano, həm də Luiza yarıçılpaq nəzərə çarpır.

Qeyd edək ki, bir müddət öncə Karlo Ançelotti 31 yaşlı rumıniyalı jurnalist Marina Kretuya vurulduğundan, iki uşaq anası olan həyat yoldaşı Luizadan ayrılmaq fikrinə düşmüşdü. Lakin Marina məşhur məşqçi ilə qısa müddət əlaqədə olduqdan sonra vətəninə qayıtmışdı.
0