Covanni Azərbaycan milli komandasında
18.02.2009 - 15:31
Covanni Azərbaycan milli komandasında
Azərbaycanın 15 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Oliver Pelzerin rəhbərliyi altında keçən seleksiya işləri nəticəsində bəyənilən futbolçuların adları açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 200-ə yaxın uşağın iştirak etdiyi seçim prosesində məşqçilər tərəfindən 11 oyunçuya üstünlük verilib. Bunlar Abdullazadə Kamran Nazim oğlu, İsmayılzadə Fuad Nail oğlu, Əliyev Əyyub Nadir oğlu, Vəliyev Kamran Vəli oğlu, Hüseynov Soltan Rasif oğlu, Əliyev Qurbanəli Fərrux oğlu, Babayev Anar Azər oğlu, Abdullayev Covanni Yelmar oğlu, Quliyev Əmir-Əli Rasim oğlu, Ağayev Seyidrəzi Mirvaleh oğlu və Dilanov Yusif Sabir oğludur.
Qeyd edək ki, seçim prosesi fevralın 16-da və 17-də “Neftçi”nin keçmiş bazası kimi tanınan Olimpiya Yığma Komandalarının Təlim-Məşq Mərkəzində keçirilib.
0