“Muğan” Premyer Liqada qalsa, iddiası artacaq
18.02.2009 - 16:24
“Cari mövsümdə qarşımızda duran əsas vəzifə Premyer Liqada qalmaqdır. Növbəti mövsümlərdə isə iddiamız daha da artacaq”. Bunu apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Azərbaycan Premyer Liqasında debüt mövsümünü keçirən əyalət təmsilçisi 14 turdan sonra 14 komanda arasında 12-ci yerdədir. Şirəliyev bildirib ki, Premyer Liqada yerlərini qorumaq əsas məqsəd olsa da, komandanın baxımlı oyunu daha vacibdir: “Belə çıxır ki, güclülər dəstəsində yerini qorumaq üçün gərək üç komanda ilə oynayasan. Düzdür, Premyer Liqada qalmağımız “Bakılı”, MOİK və “Turan”la oyunlardakı nəticədən çox asılı olacaq. Ancaq biz bütün rəqiblərlə görüşdə öz sözümüzü demək istəyirik. Əsas istəyimiz komandanın yaxşı oyun, futbol nümayiş etdirməsidir”.

- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0