“Verder”in türk futbolçusu Azərbaycanla oyunu gözləyir
19.02.2009 - 11:03
“Verder”in türk futbolçusu Azərbaycanla oyunu gözləyir
Almaniyanın “Verder” klubunun futbolçusu Məsut Özilin milli komandada rəsmi debütü Bakıda gerçəkləşə bilər. Apasport.az saytının məlumatına görə, Almaniya yığmasında oynamağa qərar verən türk əsilli yarımmüdafiəçi avqustun 12-də Azərbaycanla görüşdə rəsmi turnirlərdə ilk dəfə Bundestim forması geyinəcək. Norveçlə görüşün hazırlıq matçı olduğunu nəzərə alan və bu səbəbdən hələ də onu sıralarına qatmağa ümid edən Özil türkiyəli futbol funksionerlərinin də cavabını verib: “Mən qərarımı vermişəm”.

Yığmanın baş məşqçisi Yoahim Löv istedadlı yarımmüdafiəçini dünya çempionatının Lixtenşteyn və Uelslə görüşlərində sınamaq istəməyib, onun gənclər yığmasında Hollandiya və Belarusla qarşılaşmalarını izləmək niyyətindədir.
0